"Azərpambıq ASK" MMC-nin Tərtər filialında müfəttiş-tabelçi

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

Yerləşmə
Tərtət. Azərbaycan
Təhsil
Bakalavr
Təcrübə
1 - 3 il
Maaş
Razılaşma yolu ilə AZN
Başlama tarixi
25.02.2023
Bitmə tarixi
25.03.2023

Vakansiya haqqında

· Təsdiq edilmiş formalara uyğun olaraq əmək müqavilələrinin, ona edilən dəyişikliklərə dair müvafiq əlavələrin imza layihəsinin hazırlanması, Cəmiyyətin aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün ESD və ERP sistemlərinə yerləşdirilməsi; · Təsdiq edilmiş formalara uyğun olaraq kadr əməliyyatlarına dair əmrlərin imza layihəsinin hazırlanması, Cəmiyyəti aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün ESD və ERP sistemlərinə yerləşdirilməsi; · Əmək müqavilələri, ona edilən dəyişikliklərə dair müvafiq əlavələri, əmək müqaviləsinin ləğv edilməsi bildirişinin elektron informasiya sisteminə (Əmas portalına) gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi; · İşçilərin şəxsi işlərin arxivinin aparılması, mühafizəsinin təmin edilməsi, əmək müqaviləsi ləğv edilmiş işçilərin şəxsi işlərinin Cəmiyyətin arxivinə təhvil verilməsi; · Sadə formada və xüsusi proqram vasitəsi ilə işçilərin iş vaxtının uçotunun aparılması, məlumatların tabeldə əks etdirilməsi; · Müvafiq struktur bölmə tərəfindən verilmiş və/və ya ERP sistemində olan məlumata əsasən işəmuzd qaydada işləyən işçilərin görülmüş işlərinin uçotunun aparılması; · Əmək kitabçasının açılması, doldurulması və əmək müqaviləsi ləğv edilmiş işçilərə əmək kitabçasının təhvil verilməsi.

Vakansiya tələbləri

Ödəniş dərəcələrinə ixtisas tələbləri: · ödəniş dərəcəsi 6-cı dərəcədən aşağı olduğu halda iş stajına tələb qoyulmadan müvafiq sahə üzrə orta ixtisas təhsili və ya orta təhsil və müəyyən edilmiş proqram üzrə xüsusi təlim; · 6-cı dərəcə: müvafiq sahə üzrə orta ixtisas təhsili və müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı; · Microsoft Office (Word, Excel, Power Point) 1C 8.3 ERP proqramlarında işləmək bacarığı. İş rejimi: 6 gün Həftədə 40 saat İş yeri Tərtər rayonunda yerləşdiyinə görə yalnız həmin rayonunda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.

Oxşar vakansiyalar

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

Biləsuvar PİEZ filialında aqronom ( pambıqçılıq üzrə)

3 - 5 il təcrübə
Biləsuvar. Azərbaycan
13 Mart, 2023
Ətraflı