Təlim elanını yerləşdirən
şəxs, yaxud şirkət iş elanından fərqli olaraq təlim üçün müəyyən məbləğ `təlim
haqqı` istəyə bilər. Bu razılaşma elan
yerləşdirən ilə elana müraciət edən arasında həyata keçirilir və AVANDO heç bir
maddi məsuliyyət daşımır.
Şəxsi kabinetdə
istər müraciət etdiyiniz iş, istərsə də təlim elanlarını görə bilərsiniz. Həmçinin
elanların yerləşdirilmə tarixini və Sizin müraciət etdiyiniz müddətdən etibarən ötən
günlərin sayını izləyə bilərsiniz.
Baxdığınız elan üzərində `əlfəcin` ikonlu
düyməni sıxaraq`Bəyəndiklərim`bölümünə əlavə etmiş olursunuz. Sistemə bir
daha giriş etdikdə şəxsi kabinetdə `Bəyəndiklərim` bölməsindən bütün elanları
nəzərdən keçirə bilərsiniz.
Qeydiyyatdan
keçdikdən sonra şəxsi kabinetə daxil olur və zəruri xanaları doldurduqdan sonra
Sizə aid elanları görə biləcəksiniz. Həmçinin `Vakansiyalar` bölümündən Sizə
uyğun elanı axtarış edərək `müraciət et` düyməsinə basmağınız kifayətdir.
Qeydiyyat
zamanı heç bir sənədə ehtiyac yoxdur. İş elanına müraciət etdikdən sonra iş
elanının sahibi uyğun gördüyü halda Sizinlə əlaqə yaradır və zəruri sualları
ünvanlayır.