Sənaye və texnologiyalar üzrə GDPTM

Yerləşmə
Gəncə. Azərbaycan
Kateqoriya
Digər

Şirkət haqqında

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi 3 korpusdan ibarətdir. Mərkəzin direktoru : Məhərrəmov Şahin İbrahim oğlu Mərkəzin ərazisı 50426 kv.m olub, layihə əsasında tikilmiş 3 korpusdan ibarətdir: Əsas korpus, 1-ci korpus və 2-ci korpus. Mərkəzin yerləşdiyi əsas korpus 25426 kv.m olub -3 binadan; 4 mərtəbəli tədris binasından , 2 mərtəbəli emalatxana binasından və 2 mərtəbəli məişət binasından ( idman zalından, 300 nəfərlik akt zalından 250 nəfərlik yeməkxanadan və s) ibarətdir. 1-ci korpus – (1№-li Gəncə Peşə Liseyinin binası) 1-ci korpus (1№-li Gəncə Peşə Liseyi) 1939-cu ildə yaradılmışdır.Ərazisi 10 000 kv.m olub layihə əsasında tikilmişdir, Sidqi Ruhulla – 3 ünvanında yerləşir. Korpus – 2 mərtəbəli tədris binasından, 4 mərtəbəli 150 nəfərlik yataqxanadan , 4 emalatxana binasından, idman zalından , 800m2 sahəsi olan ətrafı dəmir torla hasarlanmış idman meydanşasından , 200 nəfərlik akt zalından ,250 nəfərlik yemekxanadan və s ibarətdir.Korpus 450 nəfər şagird yerlikdir 2-cü korpus- 3 №-li Gəncə Peşə məktəbi Korpus 1969-cu ildən fəaliyyət göstərir. 1.5 ha.sahədə uyğunlaşdırılmış beş mərtəbəli yataqxana binasında yerləşir. 2013-cü ildə şəhər icra hakimiyyəti tərəfindən əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Korpusun 60 sinif otağı vardır, onlardan 12 sinif otağı qrupların sayına görə tam avadanlıqlar, tədris vasitələri ilə təmin olunmuşdur