Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Yerləşmə
Qəbələ. Azərbaycan
Kateqoriya
Digər

Şirkət haqqında

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.12.2020-ci il tarixli F/545 №-li əmrinə əsasən “Qəbələ Peşə məktəbi” və “Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi” ləğv edilərək onların bazasında öz “Nizamnaməsi” əsasında fəaliyyət göstərən publik hüquqi şəxs statuslu Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. Mərkəz peşə liseyi statusuna malik olmaqla turizm, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə peşə təhsili ilə yanaşı tam orta təhsil və eyni zamanda subbakalavr dərəcəli Yüksək Texniki Peşə təhsili vermək imkanına da malikdir ki, sözü gedən subbakalavr dərəcəsi ilə tələbələr birbaşa imtahansız ali məktəblərə qəbul olmaq şansı əldə edirlər. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrlar hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir. Mərkəz iki korpusdan ibarətdir, hər iki korpusda tədris və təlim otaqları yerləşir. Mərkəzin müasir standartlara cavab verən tədris otaqları, emalatxana və laboratoriyaları, kitabxanaları, idman zalları, yeməkxanaları mövcuddur. Uzaq məsafədə yaşayan tələbələrin kamfortunun təşkili üçün Təhsil Mərkəzində 150 nəfərlik yataqxana istifadəyə verilmişdir. Mərkəzdə mindən çox tələbənin təhsil almaq imkanı vardır. Tələbələrin müasir dövrün çağırışlarına uyğun peşə təhsili alması və onların əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar kimi formalaşması prioritet əhəmiyyət daşıyır. Tələbələrin gələcəkdə uğurlu karyera qurması ilə bərabər xalqımıza və dövlətimizə layiqli vətəndaş kimi yetişməsinə, vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyəsinə, onların Təhsil Mərkəzinin ictimai həyatında aktiv iştirak etməsinə, könüllülük fəaliyyətinə cəlb olunmasına xüsusi önəm verilir.