İkma Services MMC

Yerləşmə
Bakı. Azərbaycan
Kateqoriya
Satış

Şirkət haqqında

2005-ci ildə Azərbaycanda əsası qoyulan “İKMA” şirkəti şaquli nəqliyyat vasitələri – lift və eskalatorların təchizatı, quraşdırılması və bu avadanlıqlara texniki xidmətin göstərilməsi ilə məşğuldur. Şirkət Finlandiyanın dünyaca məşhur olan “KONE Elevators” şirkətinin Azərbaycanda və Gürcüstanda rəsmi distributorudur. Biz fəaliyyət göstərdiyimiz illər ərzində ölkəmizin ən önəmli layihələrinin tenderlərində qalib olub, xalqımıza və müştərilərimizə keyfiyyətli xidmət göstərmişik. Şirkətimizin dayaq sütunları təcrübəli işçilərimizdir. Beynəlxalq standardlarla işləyən mühəndis və texniki işçilərdən ibarət, çevik koordinasiya olunan, təcrübəli komandamız kompleks layihələrin öhdəsindən uğurla gəlir, fəaliyyətimizin hər bir mərhələsində – satış, layihələndirmə, quraşdırma, quraşdırma sonrası texniki xidmət zamanı bizim üçün ən vacib üç prinsipi – təhlükəsiz iş, keyfiyyətli iş və müştəri məmnuniyyətini rəhbər tuturlar.