İDEA MMC

Yerləşmə
Bakı. Azərbaycan
Kateqoriya
Digər

Şirkət haqqında

«IDEA» - açıq məkanlar üçün geniş spektrə malik, xüsusi üslublu memari metal və taxta məhsulların, müasir bağ və park mebellərinin, o cümlədən şəhər dizayn elementlərinin istehsalı ilə məşğul olan tanınmış Azərbaycan şirkətdir. 2003-cü ildə təsis edilmiş şirkət, fəaliyyətə skamyalar, oturacaqlar, zibil qutuları, dibçəklər, perqolalar, reklam lövhələri üçün dayaqlar, aydınlatma elementləri, ictimai nəqliyyat üçün dayanacaqlar, bayraq dirəkləri, metal platforma-körpülər, mürəkkəb metal konstruksiyalar və s. məhsulların istehsalı ilə başlamışdır. Azərbaycanda və ölkə xaricində əldə olunmuş kommersiya uğurları firmaya dizayn, material və istehsal proseslərində axtarışda olmağa təkan vermiş, istehsal olunan məhsulların çeşidləri tədricən artmış və bazara yeni məhsullar çıxarılmışdır.