BakuBus MMC
Yerləşmə
Kateqoriya
Şirkət haqqında
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 92 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli 181 nömrəli Fərmanına əsasən “BakuBus” MMC Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2021-ci il, 2500 nömrəli Sərəncamı ilə “BakuBus” MMC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.
Cəmiyyətin əsas məqsədləri Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunmasıdır.