“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

Yerləşmə
Bakı. Azərbaycan
Kateqoriya
Bitkiçilik

Şirkət haqqında

“Azərpambıq ASK” MMC 2018-ci ildə yaradılmışdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy, Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur. Bərdə rayonunda 2 min hektar ərazidə yeni təcrübə-sınaq təsərrüfatının yaradılması nəzərdə tutulub. Cəmiyyət 2021-ci il mövsümündə respublikanın 13 rayonunda 28,1 min hektarda pambıq əkini aparmış və 77,0 min tondan artıq xam pambıq tədarük edilmişdir