AEM ELEKTON

Yerləşmə
Bakı. Azərbaycan
Kateqoriya
Satış

Şirkət haqqında

«AEM ELEKTRON» MMC dünyanın aparıcı şirkətlərinin istehsalı olan videonəzarət və təhlükəsizlik sistemlərinin, şəbəkə avadanlıqlarının, kompüter aksesuarlarının və digər İT məhsulların topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış geniş profilli distribüter şirkətidir. 2008-ci ildə təsis edilən Şirkət brend portfelini qısa vaxt ərzində genişləndirərək Azərbaycanda rəsmi distribüteri və dileri olduğu şirkətlərin sayını on üçə çatdırmışdır: Dahua Technology (videonəzarət cihazları) TP-LINK Technologies (şəbəkə avadanlıqları) KEENETIC LTD (şəbəkə avadanlıqları) A4TECH və Bloody (kompüter aksesuarları) RIVACASE (notbuk çantaları) EAST Group (UPS cihazları) Microlab Inc. (akustik avadanlıqlar) AOC monitors (monitorlar) PHILIPS monitors (monitorlar) Toshiba Battery (batareyalar) Westinghouse Battery (batareyalar) LinkBasic Technology (server dolabları-rack cabinets) Pro'skit Industries (peşəkar əl alətləri) Çoxsaylı mağazalar şəbəkəsinə sahib olan «AEM ELEKTRON» MMC rəsmi distribüteri və dileri olduğu məhsulların satışı ilə yanaşı, həmçinin özünün peşəkar mütəxəssislər komandası ilə videonəzarət və müasir təhlükəsizlik sistemlərinin layihələndirilməsi və quraşdırılması işlərini də uğurla həyata keçirir. Quraşdırma işləri razılaşdırılmış layihə sənədlərinə uyğun və minimal xərclərlə yerinə yetirilir. Müqavilə və zəmanət öhdəliklərinə ciddi şəkildə əməl edilməsi, məhsulların, işin (xidmətin) vaxtında, qüsursuz və keyfiyyətli şəkildə təhvil verilməsi müştəri dəyərlərinə böyük önəm verən «AEM ELEKTRON» MMC-nin əsas korporativ prinsiplərindəndir. İqtisadiyyatda və biznesdə elektronika qədər daha dinamik bir sahənin olmadığını nəzərə alan «AEM ELEKTRON» MMC dünyanın ən qlobal tendensiyalarını izləyir, elektronika bazarında ən yaxşı, ən perspektivli yeni məhsulları seçir və onları müştərilərinə və tərəfdaşlarına rəqabət qabiliyyətli qiymətlərlə təqdim edir. Bütün tərəfdaşlarına və müştərilərinə əlçatan olmaq məqsədilə «AEM ELEKTRON» MMC onlara bir zəng qədər yaxın olmağa çalışır. Tərəfdaşlarına məxsus biznesin çiçəklənməsini öz uğurlarının açarı kimi dəyərləndirir və daim mükəmməlliyə, dəyişməyə can ataraq böyüməyə, inkişaf etməyə davam edir.