Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar

SAF - STEAM Azerbaijan Festivalının final mərhələsində iştirak edən Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Wall-E" komandası Survivor kateqoriyası üzrə 3-cü yerə, "Vexcellent" komandası VEX V5 kateqoriyası üzrə "Think Award" kubokuna, "Baku Stark" komandası isə İnnovativ sərgi kateqoriyası üzrə kuboka layiq görülüblər.

5-9 dekabr tarixlərində keçirilən final mərhələsində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini "Survivor axtarış və xilasetmə" kateqoriyası üzrə "Wall-E" komandası, "Robotların mübarizəsi" kateqoriyası üzrə - "Vexcellent" komandası, "İnnovativ sərgi" kateqoriyası üzrə "Baku Stark" komandası təmsil edib. Bərdə peşə liseyinin "Avengers “09” "komandası isə “Robotların mübarizəsi” kateqoriyası üzrə mübarizə aparıb.

Qeyd edək ki, SAF 2022-yə ümumilikdə 350 komandadan 1500-dək iştirakçı qatılıb.  Onlardan 127-si xarici ölkə, 1300-ü isə yerli iştirakçı olub. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil ediblər.