Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.

18.11.2022

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (humanitar, sosial elmlər, idarəetmə və s.)
  • Təhsil sahəsində minimum 1 illik iş təcrübəsi
  • “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; ali məktəb pedaqogikasını və psixologiyasını; tədrisin təşkili qaydalarını; tədris planları və proqramlarla işləməyi; tələbələrlə davranış qaydalarını; tələbələrlə işin psixoloji xüsusiyyətlərini.
  • Tədris planları və sillabusların hazırlanması ilə bağlı bilik və bacarıqlar
  • Təşkilatçılıq və koordinasiya bacarıqları
  • Yüksək səviyyədə tələbələrlə ünsiyyət qurmaq bacarığı
  • “Microsoft Office” proqramlarından istifadə bacarığı
  • Xarici dil biliyi olması üstünlükdür;

Vəzifə üzrə öhdəliklər:

  • Tələbələrin akademik maraqlarını qorumaq və müdafiə etmək;
  • Tədris prosesinin təşkili ilə bağlı zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək;
  • Tələbələrin fərdi tədris və iş planlarının tərtibi üçün onlara qrup halında və ya fərdi məsləhətlər vermək;
  • İl ərzində müntəzəm olaraq akademik məsləhətləşmələr təşkil etmək;
  • Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil etmək və ixtisaslar (proqramlar) üzrə illik işçi planlarının tərtib edilməsində iştirak etmək;
  • İmtahanların təşkilinə yardım etmək;
  • Semestr üzrə tədrisin gedişatına nəzarət etmək və lazımi hesabatları rəhbərliyə çatdırmaq;
  • Tələbələrə fərdi tədris planında dəyişiklik aparmağa yardım göstərmək;
  • İstiqamətlər (ixtisaslar, proqramlar) üzrə təhsil almaq üçün lazım olan metodik materialların hazırlanmasına və mövcudluğuna, eləcə də tələbələrin modullar üzrə attestasiyasının keçirilməsini təmin etmək.
  • yay semestrinin təşkilində iştirak etmək

İş qrafiki: Bazar ertəsi-cümə, saat 09:00-18:00

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

Son müraciət tarixi: 25 noyabr

Yalnız Bakı, Gəncə, Bərdə, Qəbələ, Cəlilabad regionları üzrə namizədlər müraciət edə bilərlər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına mövzu yerinə “Akademik məsləhətçi (tyutor) və müraciət etdiyi region”-u qeyd etməklə göndərə bilərlər.

Nəzərinizə çatdırırq ki, yalnız seçilən namizədlərlə 1 dekabr 2022-ci il tarixinədək əlaqə saxlanılacaqdır.