Ötən həftə AHK Azərbaycanın İnsan Resursları və Peşə Təhsili və Təlimi İşçi qrupunun görüşü keçirilib

Ötən həftə 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İnsan Resursları və Peşə Təhsili və Təlimi İşçi qrupunun növbəti görüşü keçirilib. Görüş Azərbaycanın iqtisadi inkişafında peşə təhsilinin rolu mövzusuna həsr olunub.


İclası açıq elan edən cənab Tobias Baumann iştirakçıları və qonaq məruzəçiləri salamlayıb və peşə təhsilinin Palatanın gündəliyində mühüm yer tutduğunu qeyd edib. Yaxın keçmişə nəzər saldıqda əminliklə demək olar ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahənin inkişafında irəliyə doğru atılmış vacib addım idi. Daha sonra cənab Dəyanət Əhmədov işçi qrupunun son dövrlərdə fəaliyyəti haqqında iştirakçılara məlumat verib və tədbirin gündəliyi ilə onları tanış edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən cənab Ceyhun Kərəmov görüşə qatılaraq iştirakçılara Agentliyin peşə təhsili sahəsində strateji prioritetlər və əsas inkişaf istiqamətləri, o cümlədən əlçatanlığın artırılması və yüksək texniki peşə təhsili haqqında danışıb. O, çıxışı zamanı Palatanın peşə təhsilinə verdiyi dəyəri xüsusilə vurğulayıb. Bundan sonra BIWE International-ın ikili təhsil eksperti, Azərbaycan üzrə layihə meneceri, cənab Mehmet Çakar Azərbaycanda alman standartlarının tətbiqi ilə həyata keçirilən ikili peşə təhsili layihəsinin təqdimatını edib.


Görüş AHK Azərbaycanın üzv şirkətləri və tərəfdaşlarının iştirakı ilə interaktiv sual və cavab sessiyası ilə davam edib.