Estoniyanın peşə təhsili sistemini təmsil edən nümayəndələr “Erasmus+” proqramı çərçivəsində ölkəmizdə səfərdə olublar

“Erasmus+” proqramı çərçivəsində Estoniyanın Jarvamaa Peşə Təlim Mərkəzinin əməkdaşları ölkəmizdə səfəri başa çatıb. Səfər çərçivəsində qonaqlar Peşə Təhsili üzrə Dövlət Agentliyin nümayəndələri ilə görüşüblər. Görüşdə son illər ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində atılan addımlarla bağlı qonaqlara məlumat verilib. Tərəflər “Erasmus+” proqramı çərçivəsində iki ölkənin peşə təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və gələcək perspektivlərə dair müzakirə aparıblar.


Qonaqlar həmçinin Bərdə Peşə Liseyində olublar. Qonaqlara mərkəzdə tələbələr üçün yaradılmış imkanlar, maddi-texniki baza, tədris olunan ixtisaslar və peşə təhsil müəssisəsinin digər imkanları tanış olublar və təcrübə mübadiləsi aparıblar. Nümayəndə heyəti beynəlxalq təcrübənin öyrənilməsi və mühəndis-pedaqoji heyətin təcrübə mübadiləsi üçün gələcəkdə iki peşə təhsili üçün əməkdaşlıq imkanlarını araşdırıblar.