22 dekabr tarixində Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın ilk iclası keçirilib. Məşvərətçi Şuranın tərkibinə daxil olan dövlət qurumları, işəgötürən təşkilatlar və işəgötürənlərin nümayəndələri iştirak edib.
Məşvərətçi Şuranın sədri, elm və təhsil nazirinin müavini İdris İsayevin sədrliyi ilə keçirilmiş görüşdə işəgötürənlərlə tərəfdaşlığın əhəmiyyəti vurğulanıb və Məşvərətçi Şuranın fəalliyyəti barədə məlumat verilib.
Tədbirdə üzvlər əmək bazarının ixtisaslı kadrlarla təmin edilməsində dövlət-özəl əməkdaşlığının qurulması ilə bağlı prioritet istiqamətləri müzakirə ediblər və fikir mübadiləsi aparıblar.