Avando.az portalının təqdimat mərasimi keçirilib

19 sentyabr tarixində işəgötürənlərlə işaxtaranlar arasında körpü funksiyasını yerinə yetirəcək həmçinin məzunlar üçün məlumat mənbəyi olan www.avando.az portalının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin,  Peşə Təhsili üzrə Dövlət Agentliyinin eləcə də işəgötürən təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən qonaqlar 21-ci əsrdə karyera planlamasının peşə təhsili alan gənclər üçün də olduqca vacib amil olduğunu vurğulayıblar.


       İşəgötürən və işaxtaranlara rəqəmsal həllər təklif edən layihə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin  dəstəyi ilə hazırlanıb. Portalda namizədlər  "Vakansiyalar", "Təlimlər" bölmələrinə daxil olaraq mövcud elanları görə bilir, elan haqqında ümumi məlumat əldə edir və şəxsi profilini yaradaraq öz müraciətlərini edə bilirlər.