Vakansiyalardakı hansı ifadələr namizədləri uzaqlaşdıra və müvafiq geri dönüşlərin sayını kəskin şəkildə azalda bilər?
1. Gülərüz personal, rahat ofis, pulsuz çay və peçenye
Niyə bunu qeyd etmək məqsədəuyğun deyil ? Belə “bonuslar” subyektiv görünür, sanki real müsbət tərəf əvəzinə əhəmiyyətsiz bir şeyi ön plana çıxarırsınız.
Nə ilə əvəz etməli? Şirkətinizdə işləməyin real müsbət tərəflərini qeyd etsəniz, nümayəndə üçün vakansiya daha maraqlı olacaq.
2. 24/7 işləməyə hazır olmaq
Niyə bunu qeyd etmək məqsədəuyğun deyil ? Nümayəndə üçün belə bir ifadə şirkətin onun asudə vaxt hüququna hörmət etməyəcəyinə işarə ola bilər. Bundan əlavə, istirahət etmədən işləyən işçi iş keyfiyytini aşağı sala bilər.
Nə ilə əvəz etməli? Əlavə iş saatlarının şirkət tərəfindən ödənildiyini qeyd edin.
3. Müsahibənin nəticələrinə əsasən əmək haqqı
Niyə bunu qeyd etmək məqsədəuyğun deyil ? Təcrübəli namizədlər bu ifadəni adətən “maaş səviyyəsi bizim üstünlüyümüz deyil, ona görə də göstərmirik” kimi anlayırlar.
Nə ilə əvəz etməli? Məvacib aralığını qeyd edin və əlavə edin ki, son təklif seçilmiş nümayəndənin təcrübə və bacarıqlarından asılı olacaq.
Avando platformasında vakansiya yerləşdirməklə işə qəbul prosesini daha sürəttli və səmərəli edin
AVANDO ilə işiniz Avand olsun!