Uğurlu karyera əldə etmək üçün vaxtı necə planlaşdırmaq lazımdır?

İlin ilk həftələri çox çətin və yüklənmiş olur.  

Günü necə səmərəli planlaşdırmaq lazımdır ki, məhsuldarlığı artırmaq, vacib tapşırıqları həll etmək, işə və yeni ilə stressiz başlamaq mümkün olsun?


Bizdən bir neçə vacib tövsiyələrlə tanış ola bilərsiniz! 

1. Səhər zehnimiz daha aktiv olur . Vacib və çətin tapşırıqları səhər saatlarına, digərlərini isə nahardan sonraya planlaşdırın.

2.Pomidor metodu.

 Taymerdə 25 dəqiqə təyin edin və bu müddət ərzində diqqətinizi yayındırmadan bir tapşırığı tamamlayın. Sonra 5 dəqiqə ara verin. Bu prosesi daha üç dəfə təkrarlayın və dördüncü  dövrədən sonra yarım saatlıq fasilə verin.

3.Axşam növbəti gün üçün plan qurmaq üçün ən yaxşı vaxtdır. Əvvəlcə axşam istirahətini, sonra səhər və günorta üçün tapşırıqları planlaşdırın

4.Gün ərzində heç nə çatdıra bilməmisinizsə, hər tapşırığa nə qədər vaxt sərf etdiyinizi yazın; plandan kənar nələrin diqqətinizi yayındırdığını qeyd edin və analiz edin.

Bazar ertəsi üçün tapşırıqlarınızı planlaşdırın və yeni həftəyə yeni güclə daxil olun.


Avando ilə işiniz hər zaman Avand olacaq!