Uğurlu karyera arzusunda olanlar üçün 5 məsləhət

Uğur qazanmaq üçün müəyyən qaydalara əməl etməlisiniz. Avando sizinlə tanınmış mütəxəssisin hər kəs üçün faydalı olacaq məsləhətlərini paylaşır


NYU Stern Biznes Məktəbinin professor Skot Qallavey  əsasən aşağıdakı məqamları vurğulayır.

1. Sertifikat çox olmur.

Tamamlanmış ali təhsil 100% zəmanət verməsə də, karyera qurmaq şansınızı artırır. Amma universitet diplomunuz olmasa belə, ümidsizliyə qapılmaq lazım deyil. Peşə təhsili, bərbər kursunu, dizayner, proqramçı və ya digər  kurs və təlimləri bitirib sertifikat alın. 

Ola bilər ki, bunlardan bəziləri karyera qurmağınıza kömək etsin. Ən azından isə, mütləq  işə yarayacaq əlavə bacarıqlar əldə edəcəksiniz


2. Bacarıqları birləşdirin

Bir sahəni mükəmməl bilmək çox yaxşıdır. Ancaq bir neçə bacarığı özündə birləşdirmək sizə karyerada uğur qazandıracaq. Məsələn, bir dizayner əlavə olaraq Excel funksionallığını bilərsə, hesabat vermə etapında fərqlənəcək.

3. Fürsətləri axtarın

Özünüzü potensiallı işçi kimi göstərmək istəyirsiniz? Şirkətin inkişafı üçün nəyin çatışmadığını təhlil edin. İki və ya üç xüsusi məqam seçin və onlara diqqət verin. Komandanın hazırda ehtiyac duyduğu şeyi ustalıqla yerinə yetirməyi öyrənin və səyləriniz qiymətləndiriləcək.

4. Gözləməyi bacarın

Vaxtınızı və pulunuzu dərhal nəticə verməyən bir şeyə sərf edin. Bu bank depozitlərinə şamil edilmir. Məsələn, dərhal bəhrə verməyəcək, lakin gələcəkdə yaxşı nəticə verəcək təlimlərlə məşğul olun.

5. Darıxdırıcı işlə məşğul olun

İstənilən, hətta ən maraqlı layihələr ilkin təhlil və diqqətli hazırlıq tələb edir. Buna görə də, işinizin ictimaiyyətin diqqətini cəlb etməsini istəyirsinizsə, ilk növbədə rutinə qərq olmalı olacaqsınız.

Özünüzə inanın, məqsədə doğru gedin və unutmayın ki, Avando ilə uğur əldə edəcəksiniz!