Tez iş tapmaq üçün nə etməli?

Tez iş tapmaq üçün nə etməli?

Hərdən iş axtarışına aylar sərf etməyə zaman olmur.   Elə vəziyyətlər olur ki, ən qısa zamanda iş tapmaq lazım olur. Avando.az sizə tez iş tapmaq üçün tövsiyələr vermək istəyir.


✔️Əmək haqqı gözləntilərini müəyyənləşdirin.


Gözlədiyiniz əmək haqqını qeyd edin.

Təcrübəniz azdırsa, bu rəqəmə real yanaşın.

Yüksək əmək haqqı peşəkarlara təyin olunur. 

 Beləliklə, təcrübəniz yoxdursa, təhsilinizi və bacarıqlarınızı əsaslı şəkildə qiymətləndirin, bütün bunları sizin səviyyənizdə olan mütəxəssisin orta əmək haqqı ilə müqayisə edin.

Çox az əmək haqqı qeyd etmək isə işə götürənin peşəkarlığınıza şübhə etməsinə gətirib çıxara bilər.


✔️Sorğuları azaldın


Mümkün qədər tez bir işə girmək üçün hansı sorğulardan imtina etməyə hazır olduğunuzu düşünün. Bəli, bu çox yaxşı tövsiyə deyil, amma işə yarayır.

Həqiqətən gələcəyinizi beynəlxalq şirkətlərdən başqa heç bir yerdə görürsünüz?  Nələrdən imtina edə biləcəyinizi və sizin üçün nəyin vacib olduğuna qərar verin və CV-nizi nəzərdən keçirin. Məhdudiyyətlər nə qədər az olsa, bir o qədər çox təklif alacaqsınız və işə dərhal ehtiyac olduqda bu çox vacibdir.


✔️"Sabah, bu gün belə başlamağa hazıram"


Sürətli iş tapmaq üçün digər tövsiyə, dərhal işə başlamağa hazır olmanızdır. Müsahibələrdə bunu bildirin - bəzi hallarda bu sizin rəqabət üstünlüyünüz ola bilər. Elə olur ki, vakansiyanı təcili bağlamaq lazımdır və namizədlərin hamısı bir nəfər kimi məşğuldur: biri  işini yekunlaşdırır, digəri məzuniyyət planlaşdırır... Bu məqamda işə başlamağa hazır olmanız üstünlüyünüz olacaq 


✔️ Hər gün iş axtarışı üzərində çalışın.


Bu, ən vacib məqamdır. Diqqətlə və sistemli axtarış aparmasanız, yuxarıdakıların heç biri kömək etməyəcək. Hər səhər www.avando.az portalında yeni iş elanlarına baxın; CV-nizi hazırlayın.  Uyğun gələn vakansiyalara müraciət edin.

Yalnız israrlı iş axtaranlar tez bir zamanda iş tapırlar!


Avando ilə işiniz avand olsun!