👆İşəgötürənin diqqət yetirdiyi ilk məqam təcrübədir.
‼️ Heç vaxt işləməmiş olsanız belə, iş təcrübəsi olan sahə CV- nizdə boş qalmalıdır.
Bu o demək deyil ki, yanlış məlumat yazmalısınız, təcrübənizin olmaması səbəbini qeyd etməlisiniz: analıq məzuniyyəti, təhsil, hərbi xidmət və ya son zamanlar iş axtarışında olmağınızı qeyd ede bilərsiniz.
➡️Təhsilinizi yeni bitirmisinizsə düşünün , həqiqətən təcrübəniz yoxdur? Praktiki dərslər ve ya haradasa təcrübə keçmənizi qeyd edə bilərsiniz.
Deyək ki, belə bir təcrübəniz də yoxdur. Bəlkə iş axtardığınız sahəyə yaxın mövzularda diplom işi yazmısınız, əlavə kurs və təlimlərə qatılmısınız? Onları qeyd etməniz sizə diqqəti çəkəcəkdir.
➡️Ola bilsin ki, karyeranız kifayət qədər düzgün şəkildə inkişaf edib, amma nə vaxtsa d başqa bir peşədə gücünüzü sınamaq istədiyiniz üçün və ya digər səbəblərdən bu sahəni tərk etməli olmusunuz.
Bu dövr haqqında sadə şəkildə yazın və müsahibədə soruşulsa, daha ətraflı izah edin. ⠀
➡️Peşənizi tamamilə dəyişdirmək qərarına gəlmisinizsə və indi yeni ixtisasda ilk işinizi axtarırsınızsa, köhnə peşənizdən hansı bacarıqların yeni sahədə sizin üçün faydalı ola biləcəyini qısaca vurğulayın. ⠀
Ola bilsin ki, bir çox iş yerinizi dəyişmisiniz və özünüzü müxtəlif ixtisaslarda sınamısınız, amma indi mütləq bu istiqamətdə inkişaf etmək qərarı vermisiniz.
Bu işəgötürən tərəfdə şübhə yaradır. Sizin bu sahədən də gedə biləcəyinizi düşünə bilərlər.
Əgər bunu mentiqi olaraq əsaslandıra bilməyəcəksinizsə diqqəti uzun müddət işlədiyiniz sahələrə çəkin
Tövsiyələrimizdən ən əsası ilə @avando.az portalından faydalanaraq tezliklə arzu etdiyiniz işi tapacağınıza əminik. 🙏
#avandoaz #işinizAvandOlsun