"Təcrübəniz kifayət qədər deyil..." İşəgötürənin sual və etirazlarına necə düzgün cavab verməli?

İş görüşməsi  zamanı işəgötürənin gözlənilməz etirazları və şübhələri çaşqınlıq və həyəcan yarada bilər. Amma bu o demək deyil ki, sizin işə düzəlmək şansınız yoxdur.

Etirazlara düzgün cavab verməyi öyrənin! 

 

1. Təcrübəniz kifayət qədər deyil..

Həll: "Məhz bu səbəbdən"  -texnikasından istifadə edin.

"Məhz bu səbəbdən mən bunu dəfələrlə etmiş namizədlərdən daha motivasiyalıyam."

"Məhz bu səbəbdən mən sizə X layihəsi haqqında danışdım, onu bir həftə ərzində anladım və həllini tapdım. Bu, mənim tez öyrənmə qabiliyyətinə malik olduğumu təsdiqləyir”.

2."Bu iş sizin üçün çətin olacaq, siz buna öyrəşməmisiniz."

Belə bir etiraz hər şeylə bağlı ola bilər: "Bizim iş rejimi çətin və stresslidir" ; "Ezamiyyətlər çoxdur";"Müştərilərimiz qəliz insanlardır" və s..

Həll: Hər bir mənfi cəhəti müsbətə çevirin.

“İşgüzar səfərlər səyahət etmək üçün əla fürsətdir. Mən uzun müddət belə işxəyal edirdim”.

"Düşünürəm ki, çətin iş rejimi müxtəlif  tapşırıqları əhatə edir. Mən peşəkar inkişafa hazıram və gələcək illər üçün karyera prioritetimdir."

"Müştərilərin qəliz insan olması o deməkdir ki, iddialı layihələriniz var, mən bu layihələrdə çalışmağı özümə fəxr sayıram."


Bu suallara düzgün cavab verərək, siz işəgötürənə sizin üçün çıxılmaz vəziyyətlərin olmadığını, özünüzə, bacarıqlarınıza əmin olduğunuzu nümayiş etdirirsiniz. Biz əminik ki, siz tövsiyələri nəzərə alaraq arzu etdiyiniz işə sahib olacaqsınız, Avando portalı isə bu məsələdə yardımçınızdır.

Unutmayın. Avando ilə işiniz avand olacaq!