Səmimiliyinizi yoxlamaq üçün test

Test: Səmimiyyət yoxlanışı.


Təsəvvür edin ki, cümə günü saat 16:00-da işdən çıxmalısınız, çünki digər şəhərə bacınızın konferensiyaya. Bununla bağlı rəhbərliyi öncədən xəbərdar etmisiniz.

Cümə. Saat 15:55-dir və siz rəhbərlikdən bu məzmunlu məktub  alırsınız: "Zəhmət olmasa, bu gün mənə bir aylıq hesabatı göndərin. Təcilidir."

Başa düşürsünüz  ki, hesabat yazmağa qalsanız qatara, dolayısı ilə də konferensiyaya gecikəcəksiniz. Rəhbəlik zənginizi cavablandırmır  və sizdən hesabat gözləyir.

Sual: Bu vəziyyətdən necə çıxacaqsınız? Tapşırığa məhəl qoymayaraq  yola düşəcəksiniz yoxsa işi görmək üçün qalacaqsınız? Yoxsa üçüncü üsul tapacaqsınız ? Əgər üçüncü bir yol tapacaqsınızsa bu nə olacaq?

Bu testə cavab verərək özünüz və işəgötürən tərəf üçün prioritetləri təyin edirsiniz, çıxılmaz görünən situasiyalarda davranışınızı, sürətli həll etmə qabiliyyətinizi nümayiş etdirmiş olursunuz.