Arzu etmək yetərli deyil.
CV- niz cavabsız qalarsa və ya mənfi cavab alarsanız HR-lər narahat olmamağı, əksinə fəaliyyətə keçməyi tövsiyə edirlər.
CV-nizi yenidən göndərin və ya aydınlaşdırıcı suallarla şirkətlə əlaqə saxlayın.
Taleh çarxı
Təcrübəniz, səriştələriniz və bacarıqlarınız obyektiv olaraq vakansiya tələblərinə cavab vermirsə, o zaman hərəkətləriniz neqativ qiymətləndirilə bilər.Bütün digər hallarda şansınızı mütləq yenidən sınayın.
Tələblər dəyişib.
İşəgötürən namizədin bacarıqlarına olan tələbləri dəyişdirə bilər . Və ya şirkətdə sizə uyğun yeni vakansiya açıla bilər.
CV-nizi yenidən təqdim etməzdən əvvəl orada heç bir boşluq olmadığından əmin olun. Müşayət edici məktub yazmağı unutmayın. Bunu hər kəs etmir. Bu məqam sizi fərqləndirə biləcək.
Özünüzə inanın, məqsədə doğru gedin və unutmayın ki, Avando ilə uğur əldə edəcəksiniz!