Namizədə test tapşırığı necə verilməlidir?

Test tapşırıqları niyə lazımdır?

Test tapşırığı, ilk növbədə, namizədin vakansiyaya üçün tələb olunan müəyyən  bilik və bacarıqlara malik olub-olmadığını yoxlamaq üçün kifayət qədər sürətli üsuldur. 

Seçimin ilkin mərhələsindəki test tapşırıqları işəgötürənə gələcəkdə vəzifələrinin öhdəsindən gələ bilməyəcək bəzi namizədləri təyin etməyə kömək edir.

Test tapşırığı namizədin şəxsi keyfiyyətlərini də aşkarlayır: məsuliyyət, zamanı planlama bacarığı, danışıqlar aparmaq bacarığı və s. Düzgün tərtib edilmiş tapşırıqlar yalnız işəgötürənə deyil, həm də namizədə kömək edir. Tapşırıq  namizədlərə də eyni zamanda, gələcək işinin necə olacağını və onun gözləntilərinə cavab verib-vermədiyini əyani surətdə göstərir.

Test tapşırıqlarının düzgün necə tərtib etməli?

•Test tapşırıqları strukturlaşdırılmalı, məqsəd, tapşırıqlar və suallar namizəd üçün aydın olmalıdır. Tapşırıqlar elə qurulmalıdır ki, gələcək vəzifələrin icrasında lazım olacaq bacarıqlar  sınaqdan keçirilsin.

•Həmçinin, artıq tamamlanmış tapşırığın qiymətləndiriləcəyi meyarlar əvvəlcədən göstərilməlidir. Təqdimat üçün son tarixlər müəyyən edilməlidir.


Test tapşırıqları nə zaman mütləqdir?

Çox vaxt test tapşırıqları yaradıcı, sənaye və ya İT sahəsində namizədlər axtararkən təklif olunur:

Hər peşənin öz test formatı var. Məsələn, proqramçıdan konkret tapşırıq üçün kod yazma, marketologdan rəqiblərin analizini aparma, qaynaqçıdan təcrübi tapşırıq tələb oluna bilər.

•Test tapşırığı hər iki tərəf üçün faydalı olmalıdır:

•Tapşırığı elə edin ki, namizəd onu portfolio və ya CV -sinə əlavə edə bilsin.

•İcra zamanı namizəd yeni biliklər, bacarıqlar və təcrübə əldə etməlidir.

•Tapşırıq qiymətləndirilən işçilər üçün kifayət qədər çətin, lakin həll edilə bilən olmalıdır. Bunu etmək üçün tapşırığı hazırladıqdan sonra onun mürəkkəbliyini yoxlayın. Bunun üçün şirkətinizin oxşar sahədə çalışan yüksək səriştəli, orta və daha az səriştəli əməkdaşlarına bu tapşırığı həll etməyi təklif edin.

•Öncədən tapşırığın hansı meyarlara uyğun qiymətləndiriləcəyi haqqında məlumat verin.

Xülasə

•Test tapşırıqları işə qəbulun vacib komponentidir.

•Onun yaradılmasına bilikli, səlahiyyətli mütəxəssisi cəlb edin.

•Seçiləcəyiniz peşənin xüsusiyyətlərinə uyğun tapşırıq tərtib edin.

•Testi namizəd üçün faydalı edin.

•Həmişə geri dönüş edərək rəy bildirin.