Müsahibə davam edir və siz artıq təhsiliniz, nailiyyətləriniz haqqında danışmısınız, niyə məhz bu şirkətdə işləmək istədiyinizi izah edə bilmisiniz.
Müsahibəni daha uğurla keçmək və karyerada düzgün olacaq qərarını vermək üçün nə əlavə etmək lazımdır?
Gələcək iş ilə bağlı düzgün suallar vermək çox vacibdir. Üstəlik, onların ardıcıllığı (hansı sualı birinci vermək və hansını isə sona saxlamaq) vacibdir.
Xəyallarınızdakı işi əldə etmək üçün Avando- nun tövsiyələrini oxuyun.
Sual 1. İşin mahiyyəti haqqında
Təbii ki, müsahibə zamanı siz yəqin ki, vəzifələrinizin nədən ibarət olacağını artıq müzakirə etmisiniz. Bundan əlavə, bu adətən iş elanında da təsvir olunur. Buna görə də, sualınızda funksionallıqda aydın olmayan məqamları aydınlaşdırmalısınız.
Hər şey sizə aydın və başa düşülən görünsə belə, funksionallıqla bağlı suallar verilməlisiniz bu, sizin yüksək motivasiyanızı vurğulayacaq və işə götürənə məsuliyyətiniz və peşəkar bir insan olduğunu göstərəcəkdir.
Sual 2. Tapşırıqlar haqqında
Gələcək işinizin strateji məqsədləri barədə mütləq soruşun. İşəgötürən, illik perspektivdə sizdən nə gözləyir? İşinizin effektivliyini qiymətləndirmək üçün hansı meyarlar var?
Bununla siz strateji düşünə və fəaliyyətlərinizi planlaşdıra bildiyinizi göstərəcəksiniz.
Sual 3.Komandaya necə tez qoşulmaq olar?
İlk iş günlərinizin necə olacağını mütləq soruşun. Giriş brifinqi və ya təlimi varmı? Hər hansı bir sualınız üçün kimə müraciət etməlisiniz. Sınaq müddətinin uğuru hansı meyarlarla qiymətləndiriləcək?
"Bu vakansiya nəyin nəticəsində yaranıb?" "Məvacib, məzuniyyət, nahar haqqında " kimi sualları verməyə tələsməyin. Amma sizi maraqlandıran məqamları sonda dəqiqləşdirin.
Müsahibədə nəinki düzgün suallar vermənizi, həm də sizi qane edəcək cavabları eşitməyinizi arzu edirik.
Avando ilə işiniz avand olsun.