Daha yüksək əmək haqqı əldə etmək üçün CV-nizdə nəyi dəyişdirməlisiniz?

CV-nizdə göstərdiyinizdən daha çox maaşa necə uyğun gəlmək olar? Avando-un belə bir vəziyyətdə necə hərəkət edəcəyiniz ilə bağlı dəqiq bir planı var.🧐


Rəqiblərinizin  CV-lərini nəzərdən keçirin,  25-30% daha çox məvacib tələb edənlərin CV-lərini tapın. Onları gözdən keçirin və öz CV- niz arasında fərqləri tapın.

Bu nümayəndələri nə fərqləndirir, onlar nəyi daha yaxşı bacarır? Onların hansı bilikləri var? Eyni bilik və bacarıqlara malik olmadığınıza əminsinizmi?


Burada 4 mümkün variant var: 


1. CV-niz fərqli deyilmi? Əla ! O zaman öz CV-də maaş gözləntiləri sahəsində maaş məbləğini artırın.


2. Bu bacarıqların/biliklərin/nailiyyətlərin hamısına (və ya əksəriyyətinə) sahibsiniz, lakin onları yazmağı unutmusunuz? Cv-nizə onları əlavə edib, maaş sahəsində də dəyişikliklər edin.


3. Bütün bu bacarıqlara/biliklərə/nailiyyətlərə sahibsiniz, lakin onları öz CV-nizdə rəqibləriniz kimi gözəl təsvir etməmisiniz? Yenidə CV- niz üzərində işləyin. Nəzərə alın ki:

- funksiyalarınızın siyahısı əvəzinə hansı nəticələrə nail olduğunuzu, çalışdığınız şirkətə hansı faydalar gətirdiyinizi qeyd etmək daha yaxşıdır;

- yalnız nailiyyətləri sadalamaq deyil, sübut təqdim etmək daha yaxşıdır;

- yalnız yeni təkmilləşdirmə kurslarını və təlimlərini göstərmək daha yaxşıdır. 


4. Sizdə bu bilik və bacarıqlar yoxdur? O zaman üzərinizdə işləyin, təlimlərə yazılın, inkişaf edin. Əmin olun ki, özünüzə sərmayə etməyiniz öz qarşılığını tapacaq!