Bazarda məhsulu görünüşü ilə nümayiş edirlər. Bəs əmək bazarı haqqında nə demək olar? Cv-nizə fotoşəkilinizi niyə mutləq əlavə etmək lazımdır? Bu şəkil necə olmalıdır?
Cv şəklinizin işə qəbul zamanı sizə necə yardımçı olacağını öyrənmək istəyirsinizsə bizim tövsiyələrlə tanış ola bilərsiniz:
CV-də fotoşəklin olması hansı namizədlər üçün vacibdir?
Avando portalının apardığı araşdırmalara görə, işə götürənlərin əksəriyyəti (88%) həm şəkilli, həm də şəkilsiz CV-lərlə tanış olur. HR əməkdaşların yalnız 4%-i şəkilsiz CV-lərə diqqət yetirmir, şirkətlərin isə 7%-i is yalnız müəyyən vəzifələrə müraciət edənlərin şəkilsiz CV- lərinə nəzər yetirir.
Beləliklə, görünüşün vacib olduğu vəzifələrə müraciət edirsinizsə, CV-ə şəkil yerləşdirmək mütləqdir. Fotomodel, modelyer, teleaparıcı, aktyor, promouter, katib, PR menecer kimi vəzifələr bu kateqoriyaya aiddir.
Buna baxmayaraq, işəgötürənlərin əksəriyyəti (71%) əmindir ki, CV-dəki yaxşı fotoşəkil işə qəbul zamanı çox dəstək olur. Eyni zamanda, işəgötürənlərin 34%-i hesab edir ki, yaxşı foto istənilən namizəd haqqında ilkin təsəvvürün yaranmasını təmin edir.
Əlbəttə, bir fotoşəkilin namizədliyinizin nəzərdən keçirilməsində əsas rol oynaması ehtimalı azdır: təcrübə, bilik və bacarıqlar, şübhəsiz ki, düzgün üz cizgilərindən daha vacibdir və bu, bütün işə götürənlər tərəfindən vurğulanır. Ancaq fotoşəkillər sizi bir çox digər namizədlərdən fərqləndirməyə, müraciətinizə diqqət cəlb etməyə kömək edir.
HR meneceri bəzən ən uyğun namizədi seçmək üçün bir çox müsahibə aparır və CV-yə əlavə olunan şəkil, şübhəsiz ki, kiminlə məhsuldar söhbət etdiyini xatırlamağa yardımçı olacaq.
Amma şəklin sizə qarşı deyil, sizin xeyrinizə işləməsi üçün düzgün kadrı seçmək lazımdır. Həqiqətən də, mütəxəssislərin fikrincə, yanlış seçilmiş fotoşəkil hətta ən yaxşı CV-nin təəssüratını korlaya bilər. Əksinə, şəkildəki açıq, mehriban və mülayim üz bəzi hallarda namizədin CV-sini oxuduqdan sonra onun haqqında yaranmış təəssüratı gücləndirə bilər. Həmçinin, uyğun bir şəkil üçün heç də heyrətamiz xarici görünüşə malik olmaq önəmli deyil.
Düzgün fotoşəkili seçirik.
CV üçün fotoşəkili necə seçmək lazımdır?
İstədiyimiz nəticəni əldə etmək üçün bir neçə sadə qaydaya əməl etmək kifayətdir.
•Fotoşəkildəki vəziyyət və görünüşünüz sizi mütəxəssis kimi xarakterizə etməlidir. Əgər siz ofis vəzifəsinə (menecer, məmur, şöbə müdiri, top-menecer və s.) müraciət edirsinizsə, o zaman yaxşı olar ki, rəsmi geyimdə fotoşəkil çəkdirəsiniz - beləliklə, işəgötürən sizi iş yerində təsəvvür etmiş olacaq. Tam boylu şəkil seçməyiniz uyğun olmaya bilər, diqqəti üzə cəlb etmək daha vacibdir, çünki xarakterinizi ən yaxşı əks etdirən üzünüzdür.
•Buna baxmayaraq, iş şəraitində şəkil heç də hər zaman rəsmi kostyum, qalstuk və ofis divarları demək deyil. Jurnalist, dizayner, radio aparıcısı və s. kimi yaradıcı vəzifələr üçün müraciət edirsinizsə, şəkliniz də müvafiq olmalıdır.
Ən vacib tələb: kadrda görüntü nə qədər yaradıcı olursa olsun, diqqət mərkəzində yenə də üzünüz olmalıdır.
•Pasport fotoşəkilləri isə çətin ki, işəgötürəndə bir təəsürat yaratsın. Şəkildə üz, təbii ki, görünür, lakin insanın cazibəsi pərdə arxasında qalır. Bu arada, CV-yə əlavə olunan fotoşəkilin əsas bəzəyi təbəssümdür, bunu unutmayın.
•CV şəkilləri üçün daha bir tələb yaxşı keyfiyyətdir.
Avando ilə işiniz avand olacaq!