CV-nizə nadir hallarda diqqət yetirilir? Çoxdan aktiv olaraq iş axtarırsınız, amma CV-nizə cəmi 2 baxış sayı var ? Nəyi yalnış edirsiniz ? Gəlin araşdıraq.
“Avando”-nun araşdırmasına görə, bir neçə qaydaya əməl etmək kifayətdir ki, işə götürənlər CV-nizə diqqət yetirsin.
Qayda 1: Fəaliyyətə keçin
İşəgötürənlər daha çox vakansiyaya cavab şəklində gələn CV-lərə baxırlar.. CV-nizi şirkətə özünüz göndərin - ona baxılma ehtimalı təxminən 46% artacaq! Bu, ən güclü və təsirli vasitədir. Avando platformasında şəxsi kabinetinizi yaradın, istədiyiniz vakansiyalara bir pəncərə üzərindən, bir düymə ilə CV-nizi göndərin.
Qayda 2: İstədiyiniz maaşı qeyd edin
Bu addım CV-nizə 5% daha çox baxış əldə etməyə imkan verəcək. “Razılaşma ilə” qeyri-müəyyən qeyd əvəzinə, konkret olaraq arzu etdiyiniz məvacibi qeyd edin. İşəgötürənlər konkretliyi sevirlər: qeyd etdiyiniz məbləğ onlara iddialarınızı və şirkətin imkanlarına nə dərəcədə uyğun olduğunuzu qiymətləndirməyə imkan verəcək.
Qayda 3: CV-nin bütün sahələrini doldurun
“Avando”-da CV yaradarkən standart formanın bütün sahələrini doldurmağa çalışın - bu yolla baxışların sayını daha 4% artıracaqsınız. Tam doldurulmuş CV işə götürənə daha çox məlumat əldə etməyə imkan verir və onun üçün daha maraqlı olur.
Bu sadə qaydalara əməl etmək o qədər də çətin deyil, elə deyilmi?
CV-nizin daha tez-tez görünməsi üçün başqa nə edə bilərsiniz? Özünüzə və güclü tərəflərinizə inanın: yaxşı nəticəyə inamla CV göndərin, işə götürənlərə zəng etməkdən və vakansiya ilə maraqlanmaqdan çəkinməyin. Əmin olun, bu sizi hədəfinizə daha da yaxınlaşdıracaq!
Avando ilə işiniz avand olsun!
#avando.az #işinizAvandOlsun #vakansiyalar #PTM