CV-nizdə güclü tərəflərinizi necə vurğulamaq olar?

İş axtarışları - CV-nin hazırlanması ilə başlayır.  CV-nin işəgötürənə sizin dəyərli mütəxəssis olduğunuzu göstərməsi üçün sadəcə iş və təhsil yerlərini sadalamaq kifayət deyil.

CV elə yazılmalıdır ki, işə götürən şəxs sizin güclü tərəflərinizi dərhal görə bilsin. avando.az tövsiyələri bu məsələdə  sizə köməklik edəcək.

Hansı təcrübəni qeyd etmək lazımdır?

İş axtaran zaman  belə bir məqam ortaya çıxır ki, təcrübəniz olsa da, təhsiliniz vakansiyaya uyğun gəlsə belə müsahibəyə dəvət almırsınız.  Bunun səbəbi nədir? Müəyyən bir iş üçün CV-nizi təqdim etməzdən əvvəl onu nəzərdən keçirin. Güclü tərəfləriniz kifayət qədər gözə çarpırmı?

İş elanını diqqətlə oxuyun və sadalanan tələblərdən hansına yüz faiz cavab verdiyinizi anlamağa çalışın. Bunlar sizin güclü tərəfləriniz olacaq. CV-nizdə onları aydın şəkildə nümayiş etdirməlisiniz.

Qeyd olunan iş tələblərinə tam olaraq cavab vermirsinizsə nə etmək lazımdır?
Təbii ki, işəgötürən əsas parametrlərə  uyğun gəlmədiyi halda CV-nizi nəzərə almaya bilər. Bununla belə, əgər vakansiya  sizə həqiqətən maraqlıdırsa, öz CV-nizi elə işləyə bilərsiniz ki,  işə götürənin diqqətini cəlb etsin. 
Heç bir zaman doğru olmayan məlumat qeyd etməyin, bunu yoxlamaq asandır. Sadəcə uyğun gəlmədiyiniz şərtləri digər müsbət cəhətlərinizlə tamamlamağa çalışın.

Avando.az platformasında iş tapmaq daha asan olacaq. Burada siz hazır CV formasında məlumatlarınızı yerləşdirərək, işə götürənlərin nəzərində olacaqsınız. Profiliniz üzərindən isə rahatlıqla istədiyiniz vakansiyaya bir düymə ilə müraciət edə bilərsiniz.

Avando ilə işiniz avand olsun!