Bayram günlərindən sonra iş ritminə geri dönmək asan deyil. "Bayram sonrası sindrom" anlayışı psixologiyada da mövcuddur.
İş ritminə geri dönməyi asanlaşdıran bir neçə sadə tövsiyələri sizinlə bölüşmək istəyirik.
🔸Böyük iş həcmindən başlamayın
Dekabr ayından bəri yığılan işləri bir gündə edə bilməyəcəksiniz.
Kiçik və təcili olan tapşırıqlardan başlayın və iş rejiminə yavaş- yavaş daxil olun.
🔸Pozitivlik ilə enerji toplayın.
Bayramların başa çatması əyləncəli və şən hadisələrin sonu demək deyil. Hər iş günündə xoş anlar axtarın. Həmkarlarınızla çay və ya qəhvə fasiləsi zamanı bayram günlərini necə keçirdiyinizi müzakirə edin. Kiçik iş qələbələrini özünüz üçün motivasiya edin
🔸Yeni hobbi seçin.
Hovuz və ya fitnes mərkəzinə abunəçilik alın. Çoxdan oxumaq istədiyiniz kitabı alın.
Meditasiya etmək, xeyriyyəçilikdə iştirak etmək, peçenye hazırlamaq, foto albom yaratmaq, dostlarla görüşmək, hansı fəaliyyətlərin sizə zövq verdiyini xatırlayın və yanvar ayına planlaşdırın.
Yeni ilə gülümsəyin! İş günlərinə rahat ve asan qayıdış diləyi ilə Avando.