İSTİFADƏÇİ ŞƏRTLƏRİ VƏ QAYDALARI
Haqqımızda
Bu sənəd “AVANDOCO” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1704132301, hüquqi ünvan: Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 5, m. 5) tərəfindən idarə olunan Avando mobil və veb platforması (bundan sonra “Platforma” və ya “Avando”) vasitəsilə təqdim olunan xidmətlərdən istifadə üçün tətbiq olunan şərtləri və qaydaları müəyyən edir.
İstifadəçi Platformaya daxil olmaqla və ya qeydiyyatdan keçməklə bu şərtləri oxuyub başa düşdüyünü, hüquqi cəhətdən razılaşdığını və onlara əməl etməyi öhdəsinə götürdüyünü təsdiqləyir.
Xidmətlərimizdən istifadə etməzdən əvvəl bu şərt və qaydaları diqqətlə oxuyun.
1. Anlayışlar
Avando – Peşə təhsili müəssisələri ilə əməkdaşlıq çərçivəsində İşəgötürənlərin tələbatına uyğun olaraq İstifadəçilərə Təlim keçən, potensial İşəgötürənlərlə İstifadəçilər arasında əlaqə qurulmasında, işə qəbul üçün müraciətlərin edilməsində və əlaqəli fəaliyyətlərdə aqreqator qismində çıxış edən vasitəçi tərəf;
İstifadəçi – Platformada qeydiyyatdan keçərək Avando xidmətlərindən yararlanan Namizəd və ya İşəgötürənin nümayəndəsi;
OTP (One-Time Password) – İstifadəçinin qeydiyyat və hesabına daxil olma zamanı mobil nömrəsinə göndərilən birdəfəlik təsdiqləmə şifrəsi;
İşəgötürən – Avandonun vasitəçiliyi ilə Platformada əks edilən Təlimlərdə iştirak etmiş Namizədləri və ya vakansiyalara müraciət etmiş digər İstifadəçiləri daxili vakansiyalarının uyğunluğuna görə işə götürmək niyyətində olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxs;
Namizəd – İşə qəbul edilmək istəyi olan, Platformada əks edilən Təlimlərdə iştirak edən (etmək niyyətində olan) və ya Platforma vasitəsilə göstərilən Vakansiyalara müraciət edən (etmək niyyətində olan) tam fəaliyyət qabiliyyətli (18 yaşı tamam olmuş) fiziki şəxs;
Təlim – Platformanın Peşə təhsili müəssisələri ilə və İşəgötürənlərlə əməkdaşlığı əsasında və onlar tərəfindən tədris edilən müxtəlif sahələrdə bilik və bacarıqları öyrədən kurs;
Vakansiya – İşəgötürənlər tərəfindən Platformada barəsində tələb yaradılan boş iş yeri;
Peşə məktəbi – Avandonun xidmətlərinin göstərilməsi üçün əməkdaşlıq etdiyi, müəyyən qrup Namizədlərin təhsil aldığı, belə Namizədlərin hesablarını təsdiqləyən və ya müvafiq düzəlişlər edə bilən, AR ərazisində qeydiyyata alınmış və fəaliyyət göstərən peşə məktəb(lər)i.
2. Xidmətlərin təsviri
2.1. Avando özü tərəfindən hazırlanıb təqdim edilən mobil tətbiq / veb-sayt vasitəsilə İşəgötürən və Namizədləri bir araya gətirir, hər iki tərəfin tələbatlarını nəzərə alaraq İşəgötürən və peşə təhsili müəssisələri vasitəsilə təlimlərin həyata keçirilməsini və işə qəbul prosesini idarə edir.
2.2. Avando proseslərdə (Namizədlərin işə qəbul edilməsində, əlaqələrin qurulmasında, müraciətlərin dəyərləndirilməsində və s. digər əlaqəli mərhələlərdə) müşayiətedici və əlaqələndirici tərəf kimi, təlimlərin keçilməsində isə təşkilatçı tərəf kimi çıxış edir.
2.3. Platforma özündə qeydiyyat, Təlimlər haqqında məlumat və Təlimə qeydiyyat, Vakansiyalar və onlara müraciət və əlaqəli funksiyaları əks etdirir.
2.4. Açıqlamasında fərqli qayda nəzərdə tutulmadığı hallarda Təlimləri uğurla keçən İstifadəçilər İşəgötürənlərin daxili imtahanlarına və müsahibələrinə cəlb edilir, bu mərhələni də uğurla keçərsə, İşəgötürənin qərarı əsasında işə götürülürlər. Avando işə götürülmə ilə bağlı hər hansı zəmanət vermir və ya qərarverici səlahiyyətlərə sahib deyil, işə götürülmə İstifadəçinin nailiyyətləri və İşəgötürənin mülahizəsinə əsaslanır.
2.5. Avando tərəflər arasında əlaqə qurulmasını təmin edir, Təlimlər və Vakansiyalar barədə məlumat verir, Təlimləri həyata keçirir, müraciətlərin həyata keçirilməsi üçün platforma təqdim edir, lakin Təlimi uğurla bitirən İstifadəçinin işə qəbul edilməsi barədə hər hansı zəmanət vermir. Avandonun rolu tərəfləri vahid mərkəzdə bir araya gətirməkdən ibarətdir. Avando Təlimlərin keçilməsi, İşəgötürənlə İstifadəçi arasındakı əmək müqaviləsinin şərtləri, əmək şəraiti və ya digər məsələlərlə bağlı hər hansı məsuliyyət daşımır. Avandonun məsuliyyəti Platformanın işlək olmasının təmin edilməsi ilə məhdudlaşır.
2.6. Platforma vasitəsilə İstifadəçilər mövcud Vakansiyalar ilə tanış ola və uyğun hesab etdikləri Vakansiyalara müraciət edə bilərlər.
3. Qeydiyyat və İstifadəçi hesabı
3.1. İstifadəçi Platformada qeydiyyatdan keçmək üçün ilkin olaraq açılan pəncərədə “İşaxtaran” kimi öz adından çıxış etdiyini yoxsa “HR hesabı” kimi hər hansı İşəgötürən adından onun nümayəndəsi kimi çıxış etdiyini seçməlidir. Növbəti mərhələdəki proseslər bu seçimdən asılı olaraq 2 cür ola bilər.
3.2. İşaxtaran hesabı üzrə qeydiyyat:
3.2.1. “İşaxtaran” seçimini seçən İstifadəçilər açılan pəncərədə telefon nömrəsini daxil edir, daxil edilən nömrəyə gələn OTP ilə mobil nömrəsini təsdiqləyir. İstifadəçi OTP kodunun və hesab məlumatlarının məxfiliyinin qorunmasına görə şəxsən məsuliyyət daşıyır. Bu məlumatların İstifadəçilər tərəfindən üçüncü şəxslərlə paylaşılması nəticəsində yaranan risklərə görə Avando məsuliyyət daşımır.
3.2.2. Mobil nömrənin təsdiqlənməsi yekunlaşdıqdan sonra İstifadəçi növbəti pəncərədə ad, soyad və doğum tarixini daxil edir, davam et düyməsini kliklədikdən sonra isə ardıcıl olaraq təhsil səviyyəsini, təhsil aldığı və ya bitirdiyi təhsil müəssisəsini, ixtisasını, iş təcrübəsinə dair məlumatları (əgər varsa), şəxsi bacarıqlarını və istəyə uyğun olaraq fotoşəklini, xarici dil üzrə biliklərini, sertifikatlarını daxil edir. Bütün məlumatların daxil edilməsi yekunlaşdıqdan sonra qeydiyyat yekunlaşır. Qeyd edilən məlumatlara qeydiyyat təsdiqləndikdən sonra əlavə və düzəlişlər edilə bilər.
3.2.3. Platforma şəxsi mülahizəsinə əsasən uyğun hesab etmədiyi şəxslərin qeydiyyat tələbindən imtina edə bilər.
3.3. HR hesabı üzrə qeydiyyat:
3.3.1. İstifadəçilər açılan pəncərədə telefon nömrəsini daxil edir, daxil edilən nömrəyə gələn OTP ilə mobil nömrəsini təsdiqləyir. İstifadəçi OTP kodunun və hesab məlumatlarının məxfiliyinin qorunmasına görə şəxsən məsuliyyət daşıyır. Bu məlumatların İstifadəçilər tərəfindən üçüncü şəxslərlə paylaşılması nəticəsində yaranan risklərə görə Avando məsuliyyət daşımır.
4. Ödəniş şərtləri
4.1. Avandonun idarəçiliyi əsasında Təlimlər ödənişsiz və ödənişli əsaslarla həyata keçirilir. Hər bir ödənişli Təlim üzrə ödənişin məbləği Platformada əks etdirilir.
4.2. Namizəd tərəfindən istəyinə uyğun Təlim seçildikdən sonra açılan pəncərədə bank kartı məlumatlarının daxil edilməsi və mobil nömrəyə gələn OTP-nin təsdiqi nəticəsində ödəniş həyata keçirilir.
5. Tərəflərin məsuliyyəti
5.1. Avando tərəfindən göstərilən xidmətlər yalnız Namizədlər və İşəgötürənlər arasında əlaqə yaratmaq, Təlimlərin keçirilməsini koordinasiya etmək və bu proseslərdə müşayiətedici funksiya daşıyaraq çıxış etməkdən ibarətdir. Bunu nəzərə alaraq Avando Təlimlərin keyfiyyəti ilə, İşəgötürənlərin təklif edəcəyi əmək müqaviləsinin şərtləri ilə, Vakansiyalar ilə və digər əlaqəli məsələlərlə bağlı birbaşa olaraq məsuliyyət daşımır. Avando müvafiq Tərəfləri bir araya gətirir, hər bir Tərəf öz hərəkətlərinə görə təkbaşına məsuliyyət daşıyır.
5.2. Avando Təlimləri uğurla tamamlayan Namizədlərin işə qəbul edilməsinə hər hansı zəmanət və ya təminat vermir. İşə qəbul prosesi İşəgötürənlərin daxili meyarlarına və Namizədlərin səriştələrinə əsaslanır.
5.3. İstifadəçilər Platformadan nəzərdə tutulandan kənar məqsədlərlə istifadə etməyəcəyini, digər İstifadəçilərə zərər vurmayacağını və belə hallarda üçüncü tərəflər qarşısında təkbaşına məsuliyyət daşıyacağını, habelə üçüncü tərəflərin belə iddialarına qarşı Platformanı qoruyacağını qəbul edirlər.
6. Fərdi məlumatların toplanması və qorunması
6.1. Xidmətlərin göstərilməsi, Platformanın təkmilləşdirilməsi, statistik təhlillərin aparılması və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində istifadə edilməsi məqsədilə İstifadəçilərdən aşağıdakı məlumatlar toplanılır və emal edilir:
- Ad, soyad, ata adı;
- Əlaqə nömrəsi və elektron poçt ünvanı;
- Təhsil haqqında məlumatlar (təhsil aldığı və ya məzun olduğu təhsil müəssisəsi, təhsil səviyyəsi, ixtisası);
- İş təcrübəsi haqqında məlumatlar (iş təcrübəsinin olub-olmaması faktı, olubsa, işlədiyi müəssisənin adı, vəzifəsi, həmin müəssisədə hansı müddətə işləməsi);
- İstəyə uyğun olaraq, dil bilikləri, fotoşəkil və sertifikatlar.
6.2. Bu qaydaların qəbul edilməsi ilə İstifadəçilər yuxarıda göstərilən məlumatların toplanılması, saxlanılması, yalnız xidmətlərin göstərilməsi məqsədilə ötürülməsinə Platformadan istifadə etdiyi müddət ərzində razılıq verir.
6.3. İstifadəçilər istənilən zaman bu Qaydaların sonunda göstərilən əlaqə məlumatlarına müraciət edərək ona aid məlumatların silinməsini tələb edə bilər.
6.4. İstifadəçi hesabını sildikdə ona aid məlumatlar məhv edilir.
6.5. İstifadəçinin hesab məlumatlarını digər şəxslərlə paylaşması nəticəsində ona aid məlumatların üçüncü tərəflərə açıqlanması halında Platforma belə hal ilə bağlı məsuliyyət daşımır.
7. Qadağan olunmuş davranışlar
7.1. Aşağıdakı davranışlar qadağan edilir:
- Hesab məlumatlarını paylaşmaq;
- Qeydiyyatdan keçərkən yalan və ya natamam məlumat daxil etmək;
- Təlimlər zamanı Platformanın və ya üçüncü tərəflərin əmlakına, nümayəndələrinə və ya işgüzar nüfuzuna zərər vurmaq;
- Ümumi etika və davranış qaydalarına zidd hərəkətlər etmək;
- Sistemə icazəsiz müdaxilə etmək;
- Tətbiqdən qeyri-qanuni məqsədlərlə istifadə etmək;
- “Bot”, “scraper” və ya digər avtomatik texnologiyalardan istifadə;
- Qanunvericiliyə və ya ictimai qaydaya zidd digər hərəkətlər.
7.2. Qadağan edilmiş davranışlardan biri və ya bir neçəsini etmiş İstifadəçilər qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşımaqla bərabər bloklana bilər və belə şəxslərin Platformanın xidmətlərindən istifadəsi daimi əsaslarla məhdudlaşdırıla bilər.
7.3. Avando təhlükəsizlik, texniki və ya hüquqi səbəblərlə, habelə pozuntu etməsinə dair əsaslı şübhələri olduğu halda İstifadəçi hesabını müvəqqəti dayandırmaq hüququna malikdir. Bu zaman İstifadəçi belə dayandırılmanın təfərrüatları barədə məlumatlandırılır. Şübhələrin əsaslı olmaması aşkarlanarsa, Platforma tərəfindən İstifadəçinin hesabı bərpa edilir.
8. Hesabın silinməsi
8.1. İstifadəçi öz hesabını tətbiq üzərindən silmək hüququna malikdir. Silinmə təsdiqləndikdən sonra bərpa edilmir.
8.2. 7-ci bənddə göstərilən davranışları icra edən İstifadəçilərin hesabı xəbərdarlıq edilmədən bloklana və ya silinə bilər.
9. Əqli mülkiyyət hüquqları
9.1. Platforma, onun dizaynı, proqram təminatı, loqoları, məzmunu və digər elementləri Avandonun mülkiyyətidir və müvafiq qanunvericiliklə qorunur. İstifadəçi Platformanın hər hansı hissəsini Avandonun əvvəlcədən yazılı razılığı olmadan kopyalaya, yaya, dəyişdirə və ya kommersiya məqsədilə istifadə edə bilməz.
10. Fors-major
10.1. Tərəflərdən heç biri fövqəladə və qarşısıalınmaz hallar (o cümlədən təbii fəlakətlər, müharibə, qanunvericiliklə bağlı əhəmiyyətli dəyişikliklər, texniki nasazlıqlar və digər nəzarətdən kənar hallar) nəticəsində öhdəliklərini yerinə yetirə bilmədikdə məsuliyyət daşımır.
11. Mübahisələrin həlli
11.1. Bu Şərtlər və Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir.
11.2. Mübahisələr ilkin olaraq qarşılıqlı razılaşma yolu ilə həll edilir. Əks halda, Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrinə müraciət edilir.
12. Yekun müddəalar
12.1. Hər bir İstifadəçi Şərtlərin bütün müddəalarını qeyd-şərtsiz qəbul etmiş hesab olunur.
12.2. Platforma istənilən zaman bu Şərt və Qaydalardakı bəndlərə birtərəfli qaydada dəyişiklik edə bilər. İstifadəçinin belə dəyişiklikdən sonra mobil tətbiq / veb-saytdan istifadəyə davam etməsi dəyişikliklərlə razı olduğu mənasına gəlir.
12.3. Tərəflər Şərtlər üzrə öhdəliklərinin icrası ilə bağlı yaranan məsuliyyətlər və digər tələblər üçün hüquqi yollara müraciət etmək hüququnu özündə saxlayır.
12.4. Bu Şərtlər və Qaydalar predmeti üzrə Tərəflər arasında tam razılaşmanı əks etdirir və istənilən əvvəlki şifahi və ya yazılı razılaşmaları, təqdimatları və ya bəyanatları əvəz edir.
12.5. Bu Şərtlər və Qaydaların hər hansı müddəasının icraedilməz və ya etibarsız olduğu aşkar edilərsə, həmin müddəa lazım olan minimum həddə məhdudlaşdırılacaq və ya ləğv ediləcək və bu Şərtlər və Qaydaların digər müddəaları tam qüvvədə qalacaq.